Bakıda ömrünün 20 ilini həbsdə keçirmiş şəxs 9-cu dəfə tutulub
Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib gəzdirməkdə təqsirli bilinən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, kKeçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər 8 dəfə məhkum olmuş və 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı tapıb. Üstündə gəzdirməsinə səbəb silahı satmaq istəməsi olub: "Üstümdəydi, satmaq üçün adam axtarırdım. Polislər məni tutdu".
Hazırda silahdan hər hansı cinayətdə istifadə edilib-edilmədiyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.
Polis bu şəxsdən şikayəti olanların Xətai Rayon Polis İdarəsinə müraciət etmələrini xahiş edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb