Bakıda "Audi" ilə "Volvo" toqquşub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Emil Vəlizadənin idarə etdiyi "Audi" markalı avtomaşınla Turan Məmmədlinin idarə etdiyi "Volvo" toqquşub. Hadisə nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya "Audi"nin sürücüsü səbəb olub. Belə ki, o beton arakəsməni keçərək qarşı yola çıxıb. Yol polisindən verilən məlumata görə, hər iki sürücü tibbi müayinədən keçirilmək üçün şöbəyə dəvət olunub. Qəzaya səbəb olan "Audi" markalı avtomobil isə cərimə meydançasına aparılıb.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb