Qurban Yetirmişli: “Azərbaycanda güclü zəlzələ gözlənilmir”
“Son günlər bir-birinin ardınca baş verən zəlzələlər Azərbaycanın bu və ya digər bölgəsində güclü zəlzələ olacağına işarə vermir”. Bu fikirləri APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Azərbaycan seysmik zonada yerləşdiyi üçün seysmoaktiv bölgə sayılır: “Bu cür təkanların olmağı dəlalət eləmir ki, nəsə güclü zəlzələ olacaq. Qorxulu heç nə yoxdur. Bu sadəcə, seysmik fon səviyyəsində olan zəlzələlərdir”.
RSXM direktoru əlavə edib ki, son günlər qeydə alınan zəlzələlər içərisində sentyabrın 19-da baş verən zəlzələnin təkanları hiss olunub: “Lənkəran və Lerik rayonları arasında aktiv dərinlik qırılması var. 1998-ci ildə də həmin yerdə güclü zəlzələ olmuşdu. Orada tez-tez zəif təkanlar da qeydə alınır. Həssas ərazi olduğu üçün də 4 bal gücündə olan zəlzələ Lənkəranda, Lerikdə, digər episentrə yaxın yaşayış məntəqələrinin hamısında həmin təkanlar hiss olunmuşdu. Amma ümumilikdə bir neçə gündür baş verən zəlzələlərin çoxu hiss olunmayandır”.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi