Cəlilabadda qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümünələri tapılıb
Cəlilabadda qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümünələri aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Abışabad kənd sakini Qalib Bağışov həyatyani sahədə təsərrüfat işləri ilə məşğul olarkən topağın altından saxsı parçaları üzə çıxıb. Aparılan qazıntı işləri zamanı ərazidə eramızdan əvvəl 3-cü əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkarlanıb. Qəbirlərdə insan sümükləri ilə yanaşı, tuncdan hazırlanmış 1 ədəd maral başı, 1 ədəd xəncər və ən nəhayət qiymətli daşlardan hazırlanmış qırmızı rəngli qadın boyunbağısı aşkar olunub.
Tarixçi Cavid Abdinov deyib ki, tapıntı nəticəsində sümükdən yonulmuş iki ürək fiquru aşkarlanıb. Bundan əlavə, gənc qadına mənsub olan dişlər aşkarlanıb. Eyni zamanda küp və onun içərisində kiçik saxta qablar da tapılıb.
Qeyd edək ki, bir neçə il öncə də ərazidə qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümünələri aşkarlanmışdı. Ərazinin relyef baxımdan nisbətən dayaz yerdə yerləşməsi onu deməyə əsas veir ki, burada qədim zamanlarda çay sahilində geniş yaşayış məskəni mövcud olub.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb