Gəncədə avtomobil ər-arvadı vurub öldürdü
Gəncədə iki nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Gəncə şəhər sakini, 27 yaşlı Fərid Məmmədov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən ər-arvad, Gəncə şəhər sakinləri, 56 yaşlı Fazil Verdiyev və 53 yaşlı Nazlı Verdiyevanı vurub.
F. Verdiyev hadisə yerində, N. Verdiyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.
F. Məmmədovun idarə etdiyi maşın daha sonra idarəetmədən çıxaraq yolda hərəkətdə olan “Hyundai” və yolun kənarında dayanmış digər “Mercedes” markalı avtomobillərə dəyib. Hər iki avtomobil zədələnib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb