Faciə! Qazaxdan qız toyundan qayıdan bəy kanalda boğularaq ölüb
Bakı sakini Rəsulov Fuad Faiq oğlu Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Fuad Rəsulov dostları ilə Qazax rayonunda keçirilən qız toyundan qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. O kanalda çimən zaman boğularaq dünyasını dəyişib. Onun meyitini sudan tapıb çıxarmaq hələlik mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.
Ölən şəxsin qohumu Hidayət Carçıyev bildirib ki, Fuad Rəsulov spirtli içki qəbul edən olmayıb və onun bu soyuq havada, yağışlı-yağmurlu havada çimməyə getməsi və boğularaq ölməsi inandırıcı hesab olunmur. O, bu hadisədə şübhəli məqamların olduğu bildirir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb