Tovuzda ağır yol qəzası: üç nəfər yaralandı
Tovuzda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayon Cəlilli kəndindən keçən hissəsində baş verib. Şəmkir rayonu, Nərimankənd kənd sakini 67 yaşlı Fərhad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Tovuz rayonu, Əlimərdanlı kənd sakini 27 yaşlı Rauf Məmmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və “VAZ-2106”da olan, sürücünü həyat yoldaşı 59 yaşlı Səlbi Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstələrdən birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hadisə ilə bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi