Masallıda 7 otaqlı ev yanıb
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kənd sakini, 79 yaşlı Zərövşən Qulaməli qızı Babayevaya məxsus ikimərtəbəli, 7 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 360 kv.m olan evin 2-ci mərtəbəsində 3 otaq və dəhliz içərisindəki məişət avadanlıqları ilə birlikdə yanıb. Alov o qədər güclü olub ki, ev sahibləri hətta sənədləri belə çıxarmağa imkan tapmayıblar.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb