Masallıda məktəb binası yandı
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qodman kəndində istifadə olunmayan köhnə məktəb binasında qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Masallı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 520 kv m olan məktəbin 200 kv.m ərazisi yanıb. Məktəb binasında elektrik və qaz xətti olmadığından yanğının başvermə səbəbləri müəmmalı olaraq qalır. Yanğının dəqiq başvermə səbəbləri aparılan ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
2212
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2138
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2754
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1313
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2121
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2226