Abşeronda qətl: Mübahisə etdiyi tanışını 1 il sonra öldürdü
Abşeron rayonunda qətl törədilib. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədova 5 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Təqsirləndirilən şəxs mərhumla 2-3 il əvvəl tanış olduğunu deyib: "Bir dəfə kafedə mübahisəmiz düşdü, qaçıb getdi. Sonra telefonda danışdıq. Dedim, gəlsin görüşək, gəlmədi, mənə söyüş söydü. Mən də dedim, bu heyfi onda qoymayacağam. Bir il idi, onu görmürdüm. Dünən görüşdüm və vurdum".
Abdulla Saramanov mərhumla hansı səbəbdən mübahisə etdiklərini deməyib. Təqsirləndirilənin qətlə yetirdiyi şəxsi 1 il axtardığını təsdiqləməsi bu qanlı hadisənin dərin köklərinin olduğunu deməyə əsas verir. Abşeron rayon Polis Şöbəsi də bu faktı araşdırır.
Qeyd edək ki, mərhum Ramil Məmmədov Abşeron rayon Polis Şöbsinin yaxınlılğındakı dayanacaqda qətlə yetirilib.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi