Azərbaycanda xalq artistinin meyiti dayanacaqdan tapılıb
Dünən Bakıda avtobus dayanacağında dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, bu, Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Eldar Axundov olub.
Eldar Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi.
Qeyd edək ki, sentyabrın 17-də 28 may metrosunun yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılıb. Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
14:40
2212
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2138
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2754
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1313
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2121
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2226