Zaqatalada 7 yaşlı oğlan evdə yanaraq ölüb
Zaqatala şəhərində ölümlə nəticələnən yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Zaqatala şəhəri, Ümüd Sadıqov küçəsi, ev 16-da, Musa Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində evin 50 kvadratmetr sahəsi yanaraq, yararsız hala düşüb. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın söndürüləndən sonra ev sahibi Musa Musayevin nəvəsi, 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki qüsurlu olduğu bildirilir. Vaqif Əliyevin meyitini tibbi ekspertizadan keçirmək üçün aidiyyəti üzrə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı FHN-in Zaqatala DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb