ABŞ-ın məhşur musiqi qrupu Xaçmazda konsert verib
Amerika Birləşmiş Ştatlarının məhşur “Meri Mak Brayd” qrupu Xaçmazda konsert proqramı ilə çıxış edib. Açıq havada, Xaçmaz Xalça Muzeyinin qarşısında təşkil olunan konsertdə ABŞ musiqiçiləri ilə bərabər yerli sənətçilər də səhnəyə çıxıblar.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, konsertdən öncə qrup üzvləri ilə yerli sənətçilər arasında görüş olub və ustad dərsləri təşkil olunub.
Qeyd edək ki, senytabrın 15-25-i Azərbaycanda olacaq qrupun səfəri ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində təşkil edilib. Qrup ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə olaraq çıxış edir. Proqramın əsas məqsədi amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlər arası anlaşmanı və dostluğu təşviq etməq məqsədi daşıyır.
Qrup Xaçmazla yanaşı, Qusar, Quba, Bakı, Lənkəran, Salyan və Naxçıvan şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb