Azərbaycanın bəzi bölgələrinə güclü leysan yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, əvvəldən də xəbər verildiyi kimi, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.
Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.
Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.
OXŞAR XƏBƏRLƏR
14:40
2220
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2144
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2761
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1314
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2121
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2226