Hövsanda qəza törədən "VAZ 2107"-nin sürücüsü maşını qoyub qaçdı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda qeydə alınıb. İlkin Vəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə adı hələlik məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub. Hadisə nəticəsində "VAZ 2107"-nin sərnişinləri Xəlil Fətullayev və Aleksandr Larionov ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Sürücü isə avtomobilini qoyaraq, hadisə yerini tərk edib.
Hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən baş verməsi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb