Dövlət Xidməti: EİS-ə 680 min əmək müqaviləsi bildirişi daxil edilib
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə bu günədək 680 mindən çox əmək müqaviləsi bildirişi daxil edilib".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Məhərrəm Məhərrəmov deyib. Elektron İnformasiya Sisteminin istifadəyə verildiyi iyulun ayından bütün bölgələrdə “Yardımçı masaları” yaradılıb, onların ünvan və əlaqə nömrələri ictimaiyyətə açıqlanıb: "İndiyə qədər bu yardımçı masalardan yüz beş mindən artıq işə götürən yararlanıb".
Əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqi əmək bazarına, əmək hüquqlarının təminatına daha çevik və obyektiv, müasir tələblər səviyyəsində dövlət nəzarəti mexanizminin qurulmasına xidmət edir. Bu islahat tədbiri həmçinin qeyri-leqal əməyin qarşısının alınmasına, nəticə etibarilə sosial sığorta və vergi daxilolmalarının artmasına, bununla da işləyən hər bir şəxsin gələcək sosial təminat hüququnun müdafiəsinə və layiqli pensiya təminatına yönəlib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu