ABŞ İŞİD-in Bağdad yaxınlığındakı mövqelərini bombaladı
ABŞ ordusu Bağdadın cənub-qərbində İŞİD terror təşkilatının mövqelərinə havadan zərbələr endirib. APA TV-nin məlumatına görə, hava hücumu prezident Barak Obamanın ötən həftə açıqladığı İŞİD qarşı mübarizə strategiyası çərçivəsində həyata keçirilib.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının yaydığı açıqlamada bildirilir ki, Pentaqon İŞİD-lə mübarizədə ilk dəfə olaraq öz vətəndaşlarını qoruma tədbirlərindən kənar bir əməliyyat keçirib. Hava zərbələri nəticəsində İŞİD terrorçularının İraq təhlükəsizlik qüvvələrini atəş altında saxladığı bir mövqe məhv edilib. Komandanlıq həmçinin döyüş təyyarələrinin Sincar yaxınlığında İŞİD-ə məxsus altı döyüş texnikasının zərərsizləşdirildiyini açıqlayıb. Qeyd edək ki, ABŞ təyyarələri bu günə kimi İraq ərazisində İŞİD mövqelərini 162 dəfə bombalayıb. Vaşinqton İŞİD-i məhv etmə planı çərçivəsində terror təşkilatının Suriya ərazisindəki mövqelərinə də zərbələr endiriləcəyini açıqlayıb. Pentaqon rəsmiləri bildiriblər ki, əgər Suriya aviasiyası İŞİD mövqelərini bombalayan ABŞ təyyarələrinə hücum etsə, onlara lazımi cavab veriləcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu