"Qağayı" 5 nəfərin ölümünə səbəb olub
Filippindən gələn “Kalmeci” ("Qağayı") qasırğası Honkonqda həyatı iflic edib.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, şəhərdə şiddətli yağış və saatda 166 kilometr sürətlə əsən külək tüğyan edir.
Hava şəraiti ilə əlaqədar dövlət idarələri, banklar və məktəblər bağlanıb, Honkonq fond birjasında hərraclar dayandırılıb. Beynəlxalq hava limanında onlarla uçuş ləğv edilib və yaxud təxirə salınıb.
Yüksək dalğalar ucbatından Makao və Çin istiqamətində bərə yolu bağlanıb. Bundan əvvəl, “Kalmeci” qasırğası Filippin üzərindən keçərək daşqınlar törədib, 5 adamın ölümünə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
16:17
84
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
84
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2227
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2149
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2765
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1316