Miqrantları daşıyan gəmi batıb: 500 ölü
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb. APA TV-nin məlumatına görə, hadisə ötən gecə baş verib. Qəza nəticəsində 500 miqrantın öldüyü bildirilir, 11 nəfər isə xilas ola bilib.
Sağ qalanların dediyinə görə, 500 nəfərdən çox adamın olduğu gəmi sentyabrın 6-da Misirin Dumyat şəhərinin limanından çıxıb. Suriya, Misir, Sudan və Fələstindən olan miqrantlar Avropaya getmək istəyiblər.
Beynəlxalq Miqrasiya təşkilatı gəminin batma səbəbini açıqlayıb. Açıqlamaya görə, Malta sahillərində piratlar gəmiyə hücum ediblər. Onlar miqrantları gəmini tərk etməyə çağırıb. Miqrantlar isə bundan imtina ediblər. Belə olan təqdirdə piratlar miqrantlarla dolu olan gəmini deşiblər və gəmi batıb.
Sağ qalanlar hazırda Siciliyadadır. İtaliya polisi gəmi qəzası haqqında araşdırmaya başlayıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu