Bakıda keçiddən istifadə etməyən piyadanı maşın vurub
Bakıda piyadanın ağır yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. 10 EU 326 dövlət nömrə nişanlı "Renault" markalı avtomobilin sürücüsü Arif Əliyev 1978-ci il təvəllüdlü Əsgərov Ayaz İzzət oğlunu vurub. Ətrafdakılar yaralıya ilkin tibbi yardım göstərməyə çalışıblar.
Daha sonra əraziyə təcili yardım çağırılıb və yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Hadisəni törədən sürücü Arif Əliyevin sözlərinə görə, piyada qəfil onun yoluna çıxıb. Üstəlik o, 10 metr irəlidəki piyada keçidindən istifadə etməyib.
Qeyd edək ki, qəza nəticəsində sürücü Arif Əliyevin maşını yararsız hala düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu