Abşeronda kütləvi dava: 2 yaralı
Abşeron rayonu ərazisində kütləvi dava olub. APA TV-nin xəbərinə görə, buna qonşulardan birinin yüksək səslə televizora baxması səbəb olub. Saxlanılan şəxslərdən Emil Orucov deyib ki, qonşularından televizorun səsini azaltmasını istəyib. Ona sözünü bitirməyə imkan verməyiblər. Həmin vaxt küt alətlə başından zərbə alıb və yerə yıxılıb. Emil Orucovun sözlərinə görə, dalaşdığı qonşuları ona deyiblər ki, bəyənmirsə, getsin, başqa yerdə kirayə ev tutsun. Bundan qzəblənən Emil onunla birgə kirayədə qalan dostlarını köməyə çağırıb. Nəticədə iki tərəf söhbəti bitirmək üçün kirayədə qaldıqları Müşfiqabad qəsəbəsindən kənarda görüşüblər. Biraraya gələn 5 nəfərin mübahisəsi tezliklə əlbəyaxa davaya çevrilib. Onlardan Ülvü Allayarov bıcaqlanıb, Fərrux Qasımov küt alətlə xəsarət alıb.
Faktla bağlı 3 nəfər saxlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu