Dövlət Gömrük Komitəsinin Akademiyasının açılış mərasimi keçirilib
Dövlət Gömrük Komitəsinin Maştağa qəsəbəsində yerləşən Akademiyasının açılış mərasimi keçirilib. Komitənin əməkdaşları və akademiyanın ilk tələbələri əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
APA TV-nin xəbərinə görə, mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Akademiyanın rəisi İsmayıl Ələkbərov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, bu il Akademiyaya yeni qəbul olunan bir qrup gənc tələbə iştirak edib. Səfər Mehdiyev Akademiyayaya yeni qəbul olunan gənc tələbələri təbrik edib.
Akademiyanın müəllimi Çingiz İsmayılov isə ölkə rəhbərliyi tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Daha sonra Akademiyanın yaradılması istiqamətində xüsusi fəaliyyət göstərdiklərinə görə bir qrup şəxs DGK tərəfindən mükafata layiq görülüb.
Tələbələr Akademiyanın dərs otaqları, idman zalı və kitabxanası ilə tanış olublar. Ümumilikdə bu il Akademiyada 40 tələbə təhsil alacaq.
Qeyd edək ki , Akademiya 2012-ci ildə prezdent İlham Əliyevin sərəncamı ilə təsis olunub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu