Bakıya alışverişə gələn çeçənlərin avtobusu qəza törətdi: 1 ölü, 4 yaralı
Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Sürücü Elnur Məmədov idarə etdiyi “Ford" markalı avtomaşınla üzü Lökbatan istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yolun təmir olunan hissəsinə qoyulan beton piltələrə çırpıb.
Qəza nəticəsində Çeçenistan vətəndaşı 57 yaşlı Açmazova Kurcan Adamoviç qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü Elnur Məmmədov və maşında olan daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər kliniki xəsatəxanasına çatdırılıb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən və yaralanan sərnişinlər Çeçenistan Respublikasının vətəndaşlarıdır. Onlar Bakıya "Sədərək" ticarət mərkəzinə alış-veriş üçün gəliblərmiş. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu