Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub
Nəsimi rayonunda sərnişin avtobusu ilə “BMW” markalı minik maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında Asif Məhərrəmov küçəsi ilə Alı Mustafayev küçəsinin kəsişməsində yerləşən körpünün altında baş verib. Sürücü Telman Allahverdiyev idarə etdiyi “82” saylı marşurut xətti ilə hərəkət edən "Daevo" markalı avtobusla üzü 20 yanvar metrosu istiqamətində hərəkətdə olarkən qəfildən idarə etməni itirib. Nəticədə avtobus qarşısına çıxan, Qorxmaz Əliyevin idarə etdiyi “BMW”-ni vurub. Baş verən qəzada avtobusda olan sərnişinlər xəsarət almasa da, “BMW”-də olan sərnişin Coşqun Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qəzanı törədən sürücünü idarəyə aparıblar. İlkin ehtimallara görə qəzanın baş verməsinə səbəb sərnişin avtobusunun “BMW”-nin yoluna çıxması olub. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu