“Qalatasaray”ın futbolçusu cəzalandırıldı, azarkeşlər ayağa qalxdı
Türkiyə Futbol Federasiyası "Qalatasaray" klubunun braziliyalı futbolçusu Felipe Melonu sosial şəbəkələrdəki yazılarına görə cəzalandırıb. O, sosial şəbəkələrdə "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımı təhqir etdiyinə görə iki oyunluq diskvalifikasiya edilib.
Bu qərar "Qalatasaray" azarkeşlərinin etirazına səbəb olub. Onlar sosial şəbəkələr vasitəsilə təşkilatlanaraq, braziliyalı futbolçunun evinin qarşısına toplaşıblar. Həmin vaxt Felipe Melo ailəsi ilə axşam yeməyində olduğundan azarkeşlər şüarlar səsləndirə-səsləndirə onu gözləyiblər. Evə qayıdan futbolçu maşından düşərək, azarkeşlərin yanına gəlib.
O, azarkeşlər qarşısında çıxış edib: "Federasiya nə edirsə etsin, ədalət yuxarıdakı Allahındır. Allah yenə ədaləti verəcək və biz sona qədər savaşacağıq. Ədalət yerini tapacaq".
Felipe Melo köynəyini çıxararaq, azarkeşlərə qoşulub. Daha sonra azarkeşlər braziliyalı futbolçunun xahişi ilə dağılışıblar.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu