Rusiya Ermənistan aviaşirkətinə sanksiya tətbiq etdi!
Sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılacaq. APA-nın Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyasının saytına istinadən verdiyi məlumata görə, buna səbəb Ermənistan aviaşirkətinin borcları ödəməməsidir.
Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bütün imkanlar yaradılsa da, şirkət rəhbərliyi borcların azaldılması üçün heç bir tədbir görməyib.
Qeyd edək ki, “Air Armenia” aviaşirkətinin Rusiyanın Dövlət Korporasiyasına ümumilikdə 1,1 mln. dollar borcu var.
OXŞAR XƏBƏRLƏR
11:25
397
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
477
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1408
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1659
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1864
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1285