Azərbycanda imam və axundlar vahid uniformaya keçiblər
Azərbaycanda ilk dəfə olaraq, müsəlman din xadimlərinin - imam və axundların vahid geyiminin tətbiqinə başlanıb. APA TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən təqdimat mərasimində ilk olaraq, milli geyimlər QMİ tərəfindən təşkil olunmuş dindarların təkmilləşdirilməsi kurslarının 100 müdaviminə təqdim olunub: "Hər bir din xadimi bu uniformanı qorumalı, adını üstün tutmağı bacarmalıdır. Bu həm tələbdir, həm də xahişdir. Bu paltarı alıb evdə saxlamaq, öz istəyinlə geyinmək kimi məsələlər olmamalıdır. İndi hamınıza diqqət edirəm, biriniz baş geyimindəsiniz, biriniz yox, amma bu gün bu dəyişilməlidir. Özümüzü nümunəvi göstərməliyik".
Müdavimlər hesab edir ki, bu, dinin müasir formada təbliğinə öz təsirini göstərəcək: "Bu geyim çox şeyi dəyişəcək. Bundan əlavə, işimizə olan məsuliyyətimizi daha da artıracaq. İstər dövlət tərəfindən, istərsə də QMİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən tələb olunan işin öhdəsindən ciddiliklə gələcəyik".
"Bizim üçün gözəl və əlamətdar bir gündür. Biz artıq din xadimi kimi uniformamız var. Bu isə bizə göstərilən etimad deməkdir"
Geyimlərin dindarlara verilməsi prosesi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu