11 sentyabr hadisələrindən 13 il ötür
11 sentyabr hadisələrindən 13 il ötür. 2001-ci ilin bu günündə "əl-Qaidə" terror təşkilatı ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində terror aktları törədib.
Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. Bundan təxminən 17 dəqiqə sonra isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra isə eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilirdi.
APA TV-nin xəbərinə görə, hadisələr nəticəsində 3 minə yaxın mülki şəxs ölüb, 6 mindən çox insan yaralanıb. “11 sentyabr” olayı ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlamasına təkan verib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu