Aeroport yolunda iki "Mercedes" toqquşub
Bakıda, aeroport yolu, Zığ şössesində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı Seyidəhməd Kaştayev və Siyab Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı maşında olan sərnişinlərdən Əhməd Ramazanov ağır yaralanıb. O, deformasiyaya uğrayan maşının içində sıxışdığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Maşında sıxılıb qalan sərnişin xilas edilərək təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yola qəfil çıxan it səbəb olub. Yararsız hala düşən avtomobillər ərazidən evakuasiya edilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:17
257
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
256
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2312
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2157
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2771
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1322