Balakəndə avtomobilin vurduğu at ölüb
Balakəndə 11 yaşlı oğlanı maşın vurub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. Balakən rayonu Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Teymur Oqtay oğlu Məmmədteyev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə yolun kənarı ilə gedən atı vurub. Həmin vaxt onun həmkəndlisi, 2003-cü il təvəllüdlü Mahmud Elxan oğlu Novruzov atın belində olub. Ağır bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimin dediyinə görə, əməliyyat zamanı uşağın dalağı çıxarılıb.
Avtomobilin vurduğu at isə ölüb. Faktla bağlı Balakən rayon PŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:17
253
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
253
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2311
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2157
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2771
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1322