Poroşenko: “Rusiya qoşunlarının 70 faizi Ukrayna ərazisini tərk edib”
Ukrayna prezidenti Pyotr Poroşenko münaqişə zonasındakı duruma dair kəşfiyyatın məlumatlarını açıqlayıb. APA TV-nin məlumatına görə, Nazirlər Kabinetinin genişləndirilmiş iclasında çıxış edən prezident bildirib ki, Rusiya qoşunlarının 70 faizini artıq Ukrayna ərazisindən çıxarıb. O, bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat İdarəsindən aldığını deyib.
Bununla belə atəşkəs elan olunmasına rəğmən ölkənin şərqində separatçılarla ordu birləşmələri arasında toqquşmalar qeydə alınmaqdadır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Donetsk hərbi aerodromu uğrunda döyüşlərin davam etdiyini açıqlayıb. Aerodromun ərazisi “Qrad” qurğuları, tanklar və zirehli döyüş texnikası tərəfindən atəşə tutulur. Şura hazırda separatçıların nəzarətində olan şəhərlərin əhalisini geri qayıtmamağa çağırıb. Qurumun təmsilçisi Andrey Lısenko bildirib ki, özəlliklə Luqanskı tərk etmiş on minlərlə insanın geri qayıtması məsləhət görülmür, çünki şəhərdə vəziyyət gərgin olaraq qalır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu