Elmar Məmmədyarov: “Prezidentlərin görüşünün vaxtı dəqiqləşdirilir”
"Əgər beynəlxalq təşkilat bir dövlətin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərini tanıdığını deyirsə və həmin dövlətin ərazisində xarici ölkənin hərbi qüvvələri varsa, bu, işğal deməkdir". APA TV-nin məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə ikili yanaşmasını şərh edib. O bildirib ki, sözügedən qurum tərəfindən münaqişəyə bu cür yanaşma müşahidə olunur.
“Bəzi hallarda bəzi münaqişələrə münasibət birmənalı səsləndirilir, bəzi hallarda isə münaqişə haqqında utana-utana danışırlar. Bütün ölkələr, həmçinin Avropa İttifaqı, Avropa Komissiyası bəyan edib ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri toxunulmazdır. Bu, birmənalıdır”.
Nazir Fransa prezidenti Fransua Ollandın oktyabrda Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklifini də təsdiqləyib. Onun sözlərinə görə, hazırda görüşün vaxtı və proqramı dəqiqləşdirilir.
“Həmsədrlər gələn həftə yəqin ki, Bakıya gələcəklər. Ondan sonra BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda xarici işlər nazirləri çərçivəsində həmsədrlərin iştirakı ilə görüş olmalıdır”.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu