Lənkəranda yüksək sürətlə idarə olunan "KamAZ" aşıb
Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Boladi kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 41 yaşlı İbiş Mehdiyevin idarə etdiyi “KamAZ” markalı yük maşını qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Güclü zərbədən maşın deformasiyaya uğrayıb, sürücü isə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İbiş Mehdiyevi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bədən xəsarətləri almış sürücüyə xəstəxanada lazımi tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxşdir.
Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu