ABŞ Avropaya neft və qaz ixracına qadağanı aradan qaldıra bilər - GEOSİYASƏT
Avropa İttifaqı ABŞ-ın qitədəki geosiyasi duruma müdaxiləsini istəyir. APA TV-nin məlumatına görə, İttifaqın ticarət üzrə komissarı Karel de Quxt bildirib ki, ABŞ yaranmış geosiyasi vəziyyətlə əlaqədar Avropaya neft və qaz ixracına başlamalıdır. İxrac prosesi Transatlantik azad ticarət zonasının yaradılması çərçivəsində həyata keçiriləcək. Komissar bildirib ki, Avropa İttifaqının ABŞ-la energetika sazişi məsələsində bu mövqeni tutmasına səbəb hamıya məlumdur. SİTAT: “Çünki Avropada bəzi hadisələr baş verir. Bu səbəbdən tutduğumuz mövqe çox mühümdür”. Qeyd edək ki, ABŞ-ın Avropa qitəsinə neft və qaz ixrac etməsini 40 il müddətinə qadağan edən rəsmi müqavilələr var. Birləşmiş Ştatların bu qadağanı aradan qaldırması Avropanı enerji asılılığında xilas edə biləcək optimal addım kimi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib