Almaniyada nəhəng zavodda partlayış olub
Almaniyanın Bremen şəhərində yerləşən iri kimyəvi zavodun ərazisində güclü partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Bild” qəzeti məlumat yayıb. Partlayış nəticəsində zavod binasının uçduğu bildirilir. Məlumata görə, partlayış baş verən an şirkət əməkdaşlarından ərazidə heç kim olmayıb. Partlayış nəticəsində yaxınlıqdakı binalara ziyan dəyib. Şəhər sakinlərinə evlərini tərk etməməyə və qapı-pəncərələri bağlamağa tövsiyə olunub. Hadisə yerində 300-dək yanğınsöndürən və 60 polis əməkdaşının çalışdığı bildirilir. İnsident nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Hadisənin səbəbləri hələlik məlum deyil. Partlayışdan əvvəl zavodda həyəcan təbilinin çalındığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
18:15
138
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
292
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
304
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2316
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2159
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2775