Parlamentin spikeri Osloya gedir
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Osloda səfərdə olacaq. Konfransda "Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi", "Avropada demokratiya, suverenlik və təhlükəsizlik", "Çoxluq və müxalifət - tarazlığın əldə olunması" mövzularında müzakirələr keçiriləcək. Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
"Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq”.
Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiyinə həsr edilmiş tədbirə qatılması da gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib