"Əl-Qaidə" və İŞİD birləşir
İngiltərənin “Times” qəzeti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması haqqında yeni bir xəbər yayıb. APA TV-nin məlumatına görə, xəbərdə bildirilir ki, terror qruplaşması "əl-Qaidə" silahlılarını öz sıralarına daxil etmək üçün hazırlıqlar görür.
Yaxın Şərqdə silsilə terror hadisələri və bir sıra cinayət tərkibli əməliyyatlar həyata keçirən İŞİD-çilər "əl-Qaidə" silahlılarını da aralaraına qataraq beynəlxalq koalisiya qurmağa çalışırlar.
Terrorçu qruplaşma Pakistanın Pişəvər şəhərində 12 səhifəlik üzərində AK-47 model avtomat şəkli və “Zəfər” yazılan broşürlər paylayıb.
İngilis qəzetinin yaydığı xəbərdə, kütləvi edam və baş kəsmə görüntüləri ilə Asiyanın cənubunda müəyyən təəssüratlar yaradan İŞİD-lə müqayisədə "əl-Qaidə"nin artıq gündəmdə olmadığı və Talibandan ayrılan "Camaat-ül Əhrar" qruplaşmasının da İŞİD-ə dəstək verdiyi bildirilir.
Qeyd edək ki, Pakistan ordusunda bu terror qruplaşmasına qatılanların öldürüləcəyi barədə xəbərdalıq edilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib