Əfqanıstanda qadınlara qrup şəklində təcavüz edən 7 nəfər edam olunacaq
Əfqanıstanda qrup halında təcavüz etməkdə ittiham olunan 7 nəfərə edam cəzası verilib. APA TV-nin məlumatına görə, Əfqanıstanda bütün ölkənin etirazına səbəb olan hadisə avqustun 23-də baş verib. Polis forması geyinmiş 7 nəfər toydan paytaxt Kabilə qayıdan 4 qadını qaçırmaqda, onlara təcavüz etməkdə, üzərlərindəki zinət əşyalarını qarət etməkdə ittiham olunurlar.
Lakin ittiham olunanlardan ikisi qadınları qaçırdıqlarını və soyğunçuluq etdiklərini qəbul etsə də, onlara təcavüz etmədiklərini bildirib.
Bu hadisəni polisə xəbər verən qadınlar isə qaçırılıb, qarət olunduqlarını və təcavüzə məruz qaldıqlarını bildiriblər. Təcavüzə uğrayan qadınlardan birinin bir həftə xəstəxanada yatdığı, digərinin isə hamilə qaldığı da qeyd olunub.
Silahlı soyğun ittihamı ilə edam cəzası alan şəxslərin hər birinə təcavüz etmək ittihamı ilə də 15 il həbs cəzası verilib.
Kabilin polis rəisi Zahir Zahir ittiham olunanların sentyabrın 3-də saxlanıldıqlarını və iki saat içində günahlarını etiraf etdiklərini söyləyib.
Ancaq bəzi hüquq müdafiəçiləri məhkəmə prosesinin bu qədər sürətlə yekunlaşmasından narahatlıqlarını ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR
19:37
91
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
190

16:17
313
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
324
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2321
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2163