Xırdalanda partlayış baş verib, dağıntılar altında qalanlar var – İLK GÖRÜNTÜLƏR!
Xırdalanda yerləşən tikintisi başa çatmamış beşmərtəbəli binada güclü partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış nəticəsində binanın bir blokunun üç mərtəbəsi çöküb.
Dağıntılar altında qalanların xilas edilməsi üçün əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatı nəticəsində üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatının gedişi ilə bağlı əlavə məlumat yayacaq.
Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış binada məcburi köçkünlər məskunlaşıb.
OXŞAR XƏBƏRLƏR
19:37
92
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
190
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
313
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
324
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2321
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2163