Bıçaqlanan şəxs: “Su maşının içinə töküldü, etiraz edəndə Ramal məni bıçaqla vurdu”
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Göytəpə şəhər sakini Ramal Bağırov aralarında yaranan şəxsi münaqişə zəminində həmyerlisi Mirqoşqar Mürsəlovun qarın və baş nahiyəsinə bıçaqla çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı yaxınları tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub və hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Zərərçəkən Mirqoşqar Mürsəlov baş vermiş hadisəni belə xatırlayır: "Ramal adlı oğlan su suvarırdı. Suladı, su maşının içərisinə töküldü. Düşdüm, dedim ki, gecə vaxtı belə eləmə, ayıbdır. İki qardaş cumdular üstümə. Ramal məni bıçaqla vurdu. Başımdan nə ilə vurdular, bilmirəm".
Faktla bağlı hələlik saxlanılan olmasa da, Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
19:37
91
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
190
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
313
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
324
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2321
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
2163