Azərbaycan vətəndaşının cəbhə xəttində girov götürülməsi təsdiqləndi - BQXK
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib. Bu barədə APA - ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, BQXK-nın Dağlıq Qarabağ ofisi Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatlandırılıb. İ. Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək. Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə Cavid Məmmədovun cəbhə xəttində girov götürülməsi faktı ilə bağlı araşdırma aparıldığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib