İŞİD lideri əl-Bağdadinin meyitinin fotosu yayımlandı - FOTO
İŞİD terror təşkilatının lideri Bağdadinin meyitinin fotosu yayılıb. APA TV-nin məlumatına görə, son günlər terrorçu qruplaşmanın rəhbərinin ölümü haqqında müxtəlif informasiyalar verilir. Bu gün İraq mətbuatında əl-Bağdadinin meyitinin fotoları yer alıb. İŞİD liderinin türkmən şəhəri Telaferdə öldürüldüyü bildirilir. Bundan əvvəl yayılan xəbərlərdə Bağdadinin meyitinin fotosu olduğu bildirilsə də, foto yayımlanmamışdı. Digər tərəfdən müstəqil mənbələr fotonun əl-Bağdadiyə məxsus olduğunu hələlik təsdiqləməyiblər.
Xatırladaq ki, terror təşkilatına bağlı informasiya resursları iki həftə əvvəl əl-Bağdadinin ölməsi, onun yerinə Əbu Müslim Türkmənin gətirilməsi barədə məlumatlar yayıb.
OXŞAR XƏBƏRLƏR
11:25
296
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
360
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1296
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1651
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1855
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1275