Kəndə müəllim işləməyə gedənlərə güzəştli ipoteka verilə bilər
Təhsil Nazirliyi kənd məktəblərində işləyəcək müəllimlərə torpaq sahələrinin ayrılması üçün yeni təkliflər planı hazırlayır. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzalı Qədirov məlumat verib. Bundan əvvəlki qanunvericilikdə ümumi əsasların olduğunu və konkret güzəştlərin nəzərdə tutulmadığını deyən nazirlik rəsmisi bildirib ki, hökumətə təqdim ediləcək yeni təkliflər planında kənd yerlərinə gedən müəllimlərin güzəştli təbəqə sırasına salınması təklif edilir.
«Yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə tapşırıq verilib ki müəllimlər kəndlərdə qalıb yaşamaq, məskunlaşmaq istəyirsə, hökümət tərəfindən onlara torpaq sahələrinin verilməsi ilə bağlı kömək etsinlər. Ancaq bu qərarda nəzərdə tutulan məsələlər ümumi əsaslarladır. Burada müəllimlərə xüsusi güzəştlər nəzərdə tutulmur. Biz müvafiq qanunvericilikdə yeniliklər edilməsinin və müəllimlərə güzəştli əsaslarla torpaq sahəsinin ayrılmasını təklif edirik. Əlbəttə ki, bu təklif qəbul edilərsə, bu sahədə olan problemlər öz həllini tapacaq”
Təhsil Nazirliyinin hökumətə təqdim edəcəyi yeni təkliflər planında müəllimlərə güzəştli şərtlərlə ipoteka verilməsi də nəzərdə tutulur.
“İpoteka məsələsində ilkin ödənişlə də bağlı təkliflər vardı və düşünürük ki, bunlar həll edilərsə, bu, müəllim peşəsini seçənlərin sayını artıracaq və kənd məktəblərinin kadr təminatı problemi həll olunacaq”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib