Türkiyədə “Ebola” virusuna yoluxmaya dair daha bir fakt qeydə alındı
Qərbi Afrikada ölüm saçan Ebola virusuna yoluxanların sayı hər gün daha da artır. APA TV-nin məlumatına görə, bu təhlükəli xəstəliyin qarşısını almaq üçün milyonlarla xərc tələb olunur.
Qərbi Afrikada Ebola virusu ilə mübarizə üçün azı 600 milyon dollar vəsait xərclənməlidir. Xəstəliyin qurbanlarının sayı 2 min nəfərə yaxınlaşır.
Artıq Türkiyədə də yüksək temperatur şikayəti ilə xəstəxanaya müraciət edən xəstədə Ebola əlamətləri aşkarlanıb və o karantinə götürülüb. Hadisə Hatay vilayətinin Kırıkhan rayonunda baş verib.
Afrikadan miqrant olan kimliyi naməlum şəxsdə “Ebola” virusunun izlərinə rast gəlinib. Xəstə daha sonra İsgəndərun dövlət xəstəxanasına köçürülüb.
Bundan sonra xəstəxanada olan hər kəsə maska paylanıb və Səhiyyə Nazirliyinə aid 2 təchizatlı təcili yardım avtomobili xəstəxanaya göndərilib.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi