Bazar günü Yerə asteroid yaxınlaşacaq
Bazar günü, sentyabrın 7-də Yerin yaxınlığından 20214 RC (R-C) asteroidi keçəcək. APA TV xəbər verir ki, bu barədə məlumatı NASA yayıb.
Asteroid Yerə Yeni Zellandiya bölgəsində yaxınlaşacaq. Bu zaman məsafə 40 min kilometrdən bir qədər çox olacaq. Bu, Yerlə Ay arasındakı məsafənin 1/10-u qədərdir.
Ekspertlərin proqnozlarına görə, göy cismi Yerin orbitindəki peyklərdən heç birini zədələyə bilməz.
Asteroidin çəkisi təxminən 27 kiloqram, ölçüsü isə 20 metrə yaxındır. Onu kiçik teleskoplarla müşahidə etmək mümkün olacaq. Asteroid astronomlar tərəfindən avqustun 31-də aşkarlanıb.
Planetimiz üçün təhlükə olmasa da, astronomlar bildrirlər ki, gələcəkdə asteroidin orbiti onu yenidən Yerə yaxınlaşdıracaq. Asteroidin gələcək yerdəyişmələrinə mütəxəssislər tərəfindən ciddi nəzarət olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib