Bu gün Ukrayna atəşkəs elan edəcək
Bu gün Bakı vaxtı ilə saat 16.00-dan etibarən Ukraynada atəşkəs elan olunacaq. APA TV-nin xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sammitinin keçirildiyi Uelsdə bəyan edib.
Ukrayna prezidenti bu qərarı Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Fransanın dövlət başçısı Fransua Olland və İtaliyanın baş naziri Matteo Renzi ilə beştərəfli görüşdən sonra mediaya açıqlayıb.
O bəyan edib ki, Ukrayna heç vaxt savaş istəməyib və torpaqlarına sülhün gəlməsi üçün mümkün olan hər şeyi edəcək. Sülhə doğru atılan ilk addımın atəşkəs olduğunu bildirən Petro Poroşenko, Ukrayna-Rusiya-ATƏT üçtərəfli təmas qrupunun separatçıların təmsilçilərinin iştirakı ilə bu gün Minskdə görüşü başlayanda, yəni, Bakı vaxtı ilə saat 16.00-da orduya atəşkəs əmri veriləcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib