Taliban Əfqanıstanda dövlət binalarına hücum edib: 19 ölü, 136 yaralı
Əfqanıstanın Qəzni şəhərində Talibanın aralarında kəşfiyyat xidmətinin də olduğu dövlət qurumlarının binalarına hücumları nəticəsində 19 nəfər ölüb, 136 adam yaralanıb. Təhlükəsizlik orqanlarının məlimatına görə, ölənlər arasında mülki şəxslər, polis əməkdaşları və əsgərlər var.
Şəhərin valisi Musa Xan Əkbərzadə bildirib ki, əvvəlcə kəşfiyyat xidmətinin binası qarşısında bomba quraşdırılmış avtomobil partladılıb. Daha sonra silahlılar binaya hücum ediblər. Təhlükəsizlik qüvvələri ilə silahlılar arasında başlanan atışma təxminən iki saat davam edib. Atışma nəticısində 13 silahlı və 2 polis əməkdaşı ölüb.
Dövlət qurumlarının binalarına hücuma görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb. Hərəkat təmsilçiləri bəyan ediblər ki, hücum zamanı təhlükəsizlik qüvvələrinin çoxlu sayda əməkdaşı öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib