Zaqatalada motosiklet avtomobillə toqquşub, 1 nəfər yaralanıb
Zaqatalada minik maşınının motosikletlə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə ötən gün rayonun Danaçı kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Osman Abdurəhman oğlu Quziyevin idarə etdiyi motosikletlə 1954-cü il təvəllüdlü, digər kənd sakini Abdulkərim Ömər oğlu Həsənovun idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub. Nəticədə Osman Quziyev xəsarət alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkim Allahverdi Hacıyev deyib ki, xəstənin vəziyyəti orta-ağırdır.
Hazırda yaralı şəxs reanimasiya şöbəsindədir.
Fakla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
319
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
288
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
294
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
323
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
338
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2324