İŞİD lideri öldü, yerinə Əbu Müslüm Türkmən keçdi
Terrorçu "İraq Şam və İslam Dövləti" qruplaşmasının lideri Əbu Bəkir Bağdadinın öldüyü iddia edilir. APA TV İraq mətbuatına istinadən məlumatına görə, sentyabrın 2-də Amerli ətrafında gedən döyüşlərdə əsir götürülən İŞİD döyüşçüsünün sözlərinə görə, liderləri ölüb və yerinə Əbu Müslüm Türkmən gətirilib. Adı "Əbu Səlma" olan bu şəxs Bağdadinin 3 həftə əvvəl Amerikanın İŞİD mövqelərini bombardman edən zaman yaralandığını deyib. Onun sözlərinə görə, İŞİD lideri müalicə üçün Suriyaya göndərilib, lakin ağır yaralandığı üçün onu xilas etmək mümkün olmayıb. "Əbu Səlma" bildirib ki, Bağdadinin ölümü İŞİD daxilində qarışıqlıq yaradacağından dərhal yerinə Əbu Müslüm Türkmən gətirilib.
Bu yaxınlarda isə İŞİD-in başsız qalmaması üçün İraq və Suriya dəstələrinin birlikdə yeni lider seçəcəyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi