Salyan sakini Qaxda narkotiklə tutuldu
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Salyan rayon sakini Qax rayonunda həbs olunub. APA TV-nin xəbərinə görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində tədbir keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Ağçay kəndinin çıxacağında şübhəli "Mercedes" markalı minik maşını saxlanılıb və maşında olan 5 nəfərin üzərində axtarış aparılıb. Salyan rayonu Şorsu kənd sakini, 1953-cü il təvəllüdlü Zeynalaov Məhəmməd Sədirağa oğlunun üzərindən 7,53 qram qurudulmuş marixuana aşkarlanıb.
Qax rayonunun Qaxbaş kəndində kirayəşin yaşayan Məhəmməd Zeynalov ifadəsi zamanı narkotiki özünün istifadəsi üçün gəzdirdiyini və əvvəllər də narkotik vasitələ istifadə etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib